2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan $376 milyon 252,12 min məbləğində 372 min 967,67 ton meyvə-tərəvəz ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2019-cu ilin yanvar-aqust ayları ilə müqayisədə meyvə-tərəvəz ixracı miqdar ifadəsində 2,2%, dəyər ifadəsində 4% artıb.
Cari ilin yanvar-avqust aylarında ixracın ümumi həcmində meyvə-tərəvəzin payı 3,81%, qeyri-neft ixracı strukturunda 32,63% təşkil edib.
2020-ci ilin yanvar-avqust aylarında xaricə $167 milyon 39,27 min məbləğində 154 min 119,49 ton pomidor ixrac edilib (2019-cu ilin yanvar-avqsut ayları ilə müqayisədə miqdar ifadəsində artım 15,7%, dəyər ifadəsində artım 18%).
Hesabat dövründə aşağıdakı məhsullar ixrac olunub: meşə fındığı - $60 milyon 657,37 min məbləğində (azalma 21,1%) 9 min 930,85 ton (azalma 29,8%), alma - $11 milyon 950,85 min məbləğində (аzalma 35,9%) 28 min 252,97 ton (azalma 37,5%), xurma - $14 milyon 135,93 min məbləğində (аzаlma 22%) 17 min 947,06 ton (azalma 24,7%).**
N.Abbasova