2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana pul köçürmələri $196,996 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Mərkəzi Bankdan məlumat verilir.
2019-cu ilin birinci yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər $276,166 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 28,7% azalıb.
Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.
O cümlədən, fiziki şəxslərin köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə - $33,428 milyon (artım 4,3%), АBŞ - $23,16 milyon (аrtım 22,9%), Qazaxıstan - $14,43 milyon (аzalma 3,4%) və BƏƏ - $12,48 milyon (аrtım 19,8%) daxildir.
Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci yerdə qərarıaşıb.
Belə ki, hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi $50,792 milyon təşkil edib, bu da 2019-cu ilin birinci yarısının göstəricisindən 3,1% azdır.
Eyni zamanda, hesabat dövründə Azərbaycanda fiziki şəxslər Türkiyəyə - $50,584 milyon (аrtım 20,1%), АBŞ-a - $17,624 milyon (аrtım 23,5%), Böyük Britaniyaya - $12,713 milyon (аrtım 45,5%), Ukraynaya $11,138 milyon (аzalma 8,5%), və Gürcüstana - $12,713 milyon (аrtım 45,5%) həcmində köçürmələr həyata keçiriblər.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi $372,4 milyon təşkil edib (azalma 16%). Həmçinin, hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 15% - $221,3 milyona qədər artıb. **
Ə.Məmmədov