2020-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda əhalinin sayı 33,514 min nəfər və ya 0,3% artaraq 2020-ci il avqustun 1-nə 10 mln. 100,622 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1002 qadın düşür.
Cari ilin 7 ayı ərzində ölkə üzrə 70,39 min doğulan körpə qeydə alınıb, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 11,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib. Yeni doğulan oğlanlar 53,3% qızlar – 46,7% təşkil edib. Körpələrin 1,896-sı əkiz, 69-u üçəm doğulanlardır.
Bu dövr ərzində 37,426 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,4 təşkil edib. 2019-cu ilin yanvar-iyul aylarında bu göstərici 5,8 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 20,611 min nikah (2019-cu ilin yanvar-iyul ayları ylə müqayisədə azalma 41,4%) və 8,285 min boşanma halı (azalma 15,4%) qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 947 nəfər gələn və 397 min nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə