Çərşənbə axşamı “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin səhmdarları ümumi yığıncaqda 2019-cu il ərzində dividendlərin ödənilməsinə 150 milyon manatın (cari məzənnə ilə $88,2 milyon) yönəldilməsini təsdiq ediblər.
Bankın məlumatında vurğulanır ki, dividendlər bir qiymətli kağız üçün 0,0326 manat hesablamaya uyğun olaraq ödəniləcək.
Xəbər verildiyi kimi, 2019-cu ildə ABB-nin milli standartlar üzrə xalis mənfəəti 302 milyon 316,02 min manat, BMHS üzrə 256,953 milyon manat təşkil edib.
2018-ci ilin yekunları üzrə ABB dividend ödənişinə 150 milyon manat yönəldib.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4%-dir. Ümumilikdə dövlət bankın kapitalında 95,27% pay sahibidir. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manata bərabərdir. **
A.Əzizov