Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Bakıda yeni səfiri Kristian Kamillin etimadnaməsinin surətini qəbul edib. Bu barədə XİN-dən məlumat verilir.
Görüş zamanı Bayramov İsveçin Bakıdakı diplomatik təmsilçiliyinin statusunu yüksəldərək Azərbaycanda ilk rezident səfirini təyin etməsinin iki ölkə arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcəyini qeyd etdi.
Həmsöhbətlər görüşdə siyasət, iqtisadiyyat, ticarət, mədəniyyət və turizm, həmçinin çoxtərəfli platfiormalarda ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanını qeyd ediblər.
Xüsusilə, İsveç 2021-ci ildə ATƏT-də fəaliyyətdə olan sədrliyi həyata keçirəcək və hazırda İsveç xarici işlər nazirinin bölgəyə səfəri imkanı nəzərdən keçirilir.
O cümlədən, Bayramov İsveçin ATƏT-də fəaliyyətdə olan sədrliyi çərçivəsində ATƏT məkanında münaqişələrin həlli məsələsinin gündəlikdə saxlanmasına ümidvar olduğunu ifadə etdi.
Kamill İsveçin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu vurğuladı. **
A.Əzizov