Azərbaycanda koronavirus infeksiyasına daha 141 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 38,658 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 569 nəfərə çatıb.
Virusa yoluxmuş 36,149 min nəfər (sutka ərzində +151) müalicə olunaraq sağalıb.
“1,940 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,656 min, hazırkı dövrədək isə 1 milyon 27,685 min test aparılıb.*
N.Abbasova