Rəsmi Bakı Azərbaycan və Türkiyə vətəndaşlarının daxili pasportlarla qarşılıqlı hərəkət sisteminin tətbiqi istiqamətində işə başlayıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
"Biz işçi qrupları səviyyəsində təmaslar qurmuşuq. Hazırda texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün hökumət səviyyəsində sənədləşdirmə işləri aparılır”, - deyə o bildirib.
Nazir müavini yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olunacağına ümidvar olduğunu deyib.
Xatırladaq ki, Azərbaycan və Türkiyə vətəndaşları üçün 90 günlük vizasız rejim 2020-ci il avqustun 13-dən qüvvəyə minib.*
X.Nəsirzadə