Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşü hələ planlaşdırılmır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Hazırda XİN başçıları arasında görüş təyin olunmayıb", - deyə Paşinyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
Daha əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı danışıqları ilkin şərt olmadan bərpa etməyə çağırıblar.*