"Standard Insurance”sığorta şirkəti 60 gün ərzində kreditorlardan tələblər qəbul edəcək. Bu barədə şirkətin elanında deyilir.
“Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC "Standard Insurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir”, - elanda deyilir.
Telefon: +994 12930.
Azərbaycan Mərkəzi Bankı mayın 19-da kapital və ödəmə qabiliyyəti ilə bağlı problemlərlə üzləşmiş “Standard Insurance” sığorta şirkətinin lisenziyasını ləğv edib.
“Standard Insurance” sığorta şirkəti Azərbaycanın sığorta bazarında 2002-ci ilin oktyabr ayından fəaliyyət göstərib. Şirkət icbari və könüllü sığortanın 28 növü üzrə xidmətlər təqdim edirdi.**
R.Əhmədov