23 oktyabr tarixində “Günay Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilir.
“Yığıncağın gündəliyinə Müşahidə Şurası üzvlərinin tərkibinə baxılması və dəyişiklik edilməsi, 2020-ci ilin 1-ci yarısı üzrə hesabatın təhlili daxildir”, - bandna qeyd olunub.
Bundan başqa, səhmdarlar bankın cari fəaliyyəti ilə əlaədar digər məsələləri də müzakirə edəcəklər.
Xəbər verildiyi kimi, 2020-ci ilin birinci yarısında “Günay Bank”ın aktivləri 14,6% - 247 milyon 198,65 min manatadək artıb.İyunun sonuna bankın öhdəlikləri 181 milyon 886,42 min manata (artım 20,2%), kapitalı 65 milyon 312,23 min manata (artım 1,5%) bərabərdir.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 617,5 min manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 17,9% azdır.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.**
R.Əhmədov