Azərbaycan-Rusiya quru sərhədi bağlanandan sonra 4 minə yaxın Azərbaycan vətəndaşı həmin sərhədi keçib. Hazırda 360 azərbaycanlı Dağıstan ərazisindədir. Bunu Dağıstanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Nəriman Qaziməhəmmədov deyib.
“Hər həftənin çərşənbə axşamı Azərbaycanla əlaqəli şəkildə əcnəbi vətəndaşların dövlət sərhədi vasitəsilə göndərilməsi təşkil olunur. O cümlədən, sentyabrən 15-də 400 nəfər göndərilib, onlardan 175 nəfər müvəqqəti saxlanma məntəqəsindən göndərilib. Ümumilikdə 3987 əcnəbi vətəndaş vətənə qayıdıb”, - regionun başçısı Vladimir Vasilyevin keçirdiyi iclasda Qaziməhəmmədov qeyd edib.
O, həmçinin qeyd edib ki, hazırda 360 nəfər çadır şəhərciyində yerləşdirilib, onlardan 40 nəfəri qadın və 7 uşaqdır.
Sentyabrın sonunda havanın temperaturunun aşağı düşəcəyi gözlənildiyindən, nazir sərhəddə gözləyən Azərbaycan vətəndaşlarının stasionar obyektlərdə yerləşdirilməsini məqsədəuyğun hesab edir.
Qaziməhəmmədov gündəlik epidemiyaya qarşı kompleks tədbirlərin keçirildiyini qeyd edib. **
X.Nəsirzadə