2021-ci ildə Azərbaycanda ÜDM-in artımı nüeftin bir barrel qiymətinin $55 səviyyəsində 3,8% təşkil edə bilər. “Qazprombank”ın analitikləri belə hesab edirlər.
“Azərbaycanda xüsusi karantin rejiminin sentyabr 30-dək uzadılması ilə əlaqədar biz 2020-2021-ci illər üçün iqtisadiyyatın artım proqnozunu dəqiqləşdiririk. Gözləniləndən daha uzun müddətli karantin tədbirlərinə baxmayaraq, 2020-ci ildə Azərbaycanda ÜDM-in 2,9-3,2% ilə məhdudlaşacağını proqnozlaşdırırıq (dördüncü rübdə neftin qiymətindən asılı olaraq). 2021-ci ildə iqtisadiyyatın artımı neftin bir barrel orta qiyməti $55 olacağı halda ötən ilin analoji dövrü ilə müqayisədə 3,8%-dək və neftin bir barrel orta qiyməti $45 olacağı halda ötən ilin analoji dövrü ilə müqayisədə 1,5%-dək bərpa oluna bilər”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi Azərbaycan üzrə icmalında bankın analitikləri qeyd edirlər.
“Qazprombank”da hesab edirlər ki, Azərbaycanda mart ayının ikinci yarısından kifayt dərəcədə çevik karantin rejimi qüvvədədir, hansı ki, bir tərəfdən COVİD-19-a yoluxma sayını məhdudlaşdırmağa, digər tərəfdən isə iqtisadi fəallığın həddən artıq sürətinin azalmasının qarşısını almağa imkan verir.
“Karantin rejiminin təşkilinə çevik yanaşma Bakıda işgüzar fəalliğını kifayət dərəcədə yüksək səviyyədə saxlamağa imkan yaradıb. 2020-ci ilin dördüncü rübündə iqtisadi fəallığın bərpası ilə karantin rejiminin mərhələli şəkildə zəifləməsini gözləyirik”, - bankdan vurğulanıb.
Birinci yarımillikdə Azərbaycanda ÜDM-in 2,7% azalması 2020-ci ilin ikinci rübündə neftin qiymətinin zəif qiyməti və daxili məhdudlaşdırıcı tədbirlərlə şərtlənir.
“Qazprombank”ın qiymətləndirmələrinə əsasən, iqtisadiyyatın azalmasının pik həddi 2020-ci ilin II rübündə ötüb, dördüncü rübdə məhdudiyyət tədbirlərinin zəifləməsi ilə bərpa başlanacaq. “Üçüncü rübdə daxili məhdudlaşdırıcı tədbirlərin tədricən zəifləməsi və karbohidrogenlərin qiymətlərinin bərpası ilə Azərbaycan iqtisadiyyatında canlanma əlamətləri meydana gəlib. Bu, aprel-may aylarında azalmadan sonra milli ödəniş sistemi vasitəsilə tranzaksiyaların sayının artımının bərpasından xəbər verir. Avqustda bu göstərici 5,3 milyona çatıb və böhrandan öncəki səviyyəni ötüb. Məhdudlaşdrıcı tədbirlərin ilk növbədə, böhrandan əvvəl Azərbaycanın ÜDM-də payı təxminən 55% təşkil edən qeyri-neft sektoruna təsir göstərdiyini nəzərə alaraq (2020-ci ilin 8 ayı ərzində sərnişin nəqliyyatında azalma ötən ilin analoji dövrü ilə müqayisədə 35,2%, pərakəndə ticarətdə - 1,8%, digər xidmət sahələrində - 24%), üçüncü rübdə iqtisadiyyat hələ də təzyiq altında olacaq. Lakin üçüncü rübdə xüsusi karantin rejiminin yumşaldılması hesabına ictimai iaşə sahələrinin müəssisələri və ticarət mərkəzləri fəaliyyətini qismən bərpaedib, üşüncü rübdə ÜDM-in azalması ikinci rübün pik həddi ilə müqayisədə zəifləyəcək və ötən ilin analoji dövrü ilə müqayisədə 6%-i ötməyəcək”, - icmalda vurğulanır.
Bankın 2020-ci ilin dördüncü rübündə xarici tələbin canlanması fonunda bir barrel Brent markalı neftin orta qiymətinin 52 dollaradək bərpasənı nəzərdə tutan qüvvədə olan proqnozuna əsasən, ÜDM-in azalması sıfıra yaxın olan səviyyələrə qədər yumşalacaq. Bu cür ssenaridə 2020-ci ilin yekunları üzrə Azərbaycanda ÜDM-in azalması 2,9% ilə məhdudlaşa bilər. Bir barrel neftin orta qiyməti $45 olacağı halda cari ildə Azərbaycanda ÜDM-in azalması 3,2% təşkil edəcək.
“Qazprombank”da hesab edirlər ki, neft-qaz sektoru 2020-ci ilin dördüncü rübündə və 2021-ci ildə Azərbaycan iqtisadiyyatının bərpasını dəstəkləyəcək. “Biz hesab edirik ki, ortamüddətli perspektivdə iqtisadiyyat üçün neft-qaz sektorunun yüksək əhəmiyyəti qalacaq. 2018-ci ilin iyul ayında Şahdəniz yatağının ikinci mərhələsinin istifadəıyə verilməsi və Türkiyə və İtaliya daxil olmaqla, ixrac bazarlarına çıxışın genişləndirilməsini təmin edən 2019-cu ilin iyul ayında TANAP qaz kəmərinin tikintisinin başa çatması buna şərait yaradır. Bu ölkələr, 8 ayın yekunları üzrə müvafiq olaraq ixracın 31% və 19%-ni təmin edərək Azərbaycandan aparıcı idxalçılardır”, - icmalda qeyd olunur.
2020-ci ilin yekunları üzrə Maliyyə Nazirliyi dünya bazarlarında neftin qiymətindən asılı olaraq ÜDM-in 2,9%-4,3% səviyyəsində azalmasını proqnozlaşdırır. 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,4% səviyyəsində proqnozlaşdırılır.
2019-cu ildə Azərbaycanda ÜDM-in artımı 2,2% təşkil edib. **
A.Əzizov