Cənubi Afrika Respublikasının (CAR) prezidentiSirilRamafos oktyabrın 1-dən sərhədlərin açılacağını elan edib. Bu tarixdən etivbarən COVİD-19-a yoluxma səviyyəsi aşağı olan ölkələrdən əcnəbi turistlər CAR-a səfər edə biləcəklər. Bu barədə Travel off Path portalı məlumat verir.
“Oktyabrın 1-də CAR-da beynəlxalq turizm təkrar işə salınır, respublika vətəndaşları isə digər ölkələrə xaricə səfər edə biləcəklər. Biz beynəlxalq səfərlərə qoyulan məhdudiyyətləri tədricən yumşaldacağıq”, - Ramafos bildirib.
O vurğulayıb, koronavirusa yoluxma göstəriciləri yüksək olan ölkələrdən turistlər yaxın zamanda CAR-a səfər edə bilməyəcəklər. Səfərə icazə verilən ölkələrin siyahısı hələlik dərc olunmayıb. **