Azərbaycanda koronavirus infeksiyasına daha 119 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 38,777 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 571 nəfərə çatıb.
Virusa yoluxmuş 36,289 min nəfər (sutka ərzində +140) müalicə olunaraq sağalıb.
Hazırda 1,917 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,601 min, hazırkı dövrədək isə 1 milyon 35,286 min test aparılıb.**
N.Abbasova