Ermənistanda baş nazir Nikol Paşinyanla bağlı növbəti qalmaqal yaşanıb.
news.am saytı yazır ki, koronavirus pandemiyası fonunda Ermənistanın ciddi maliyyə-iqtisadi çətinliklər yaşadığı bir dövrdə Paşinyan şəxsi təyyarəsinin dizaynına $250 min ayırıb.
"Hökumət avqust ayında Paşinyanın "Airbus A319" markalı təyyarəsinin rənglənməsinə məhz bu məbləğdə vəsait ayırıb. Təyyarənin rənglənməsi Çexiyanın IAC şirkəti tərəfindən, yenilənmə işləri isə Ostrava şəhərində həyata keçirilib", - deyə sayt qeyd edir.
Bunnunla belə, Paşinyanın təyyarəsinin “Aeroflot” şirkətinin dizaynına uyğun rənglənməsi sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.
Nəşr qeyd edir ki, jurnalistlər təyyarənin rənglənməsi ilə bağlı bəzi maliyyə məsələlərini dəqiqləşdirmək üçün Ermənistan hökumətinə yazılı sorğu göndəriblər.
"Lakin “şəffaf iş üslubu və hesabatlılığın" prioritet olduğunu dəfələrlə vurğulayan hökumət bununla bağlı məlumat verməkdən imtina edir, baxmayaraq ki, bu, xidməti və ya dövlət sirri deyil", - deyə sayt bildirir.*
R.Əhmədov