Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Bu barədə IRNA agentliyi İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.
“Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi, ticarət sahəsindəki əlaqələrin mövcud vəziyyətini və birgə layihələri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, iki ölkə arasındakı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə