Türkiyə Hərbi Dəniz Donanmasının freqatı bu gün Şərqi Aralıq dənizində təlim atışları həyata keçirib. Bu barədə ölkənin Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat verib.
"Bizim “TCG Gediz” freqatımız quruda yerləşən hədəflər və Şərqi Aralıq dənizində hava hücumundan müdafiə üzrə təlim atışları həyata keçirib", - deyə məlumatda bildirilir.
Son aylarda Şərqi Aralıq dənizi regionunda vəziyyət daha da gərginləşib. Türkiyə Yunanıstanın öz iqtisadi zonası hesab etdiyi sularda neft-qaz yataqlarının kəşfiyyatını aparır ki, bu da Ankara ilə Aİ-nin bir sıra ölkələri arasında toqquşmalara səbəb olur.
Bütün bunların fonunda Türkiyə və Avropa ölkələrinin hərbçiləri mübahisə doğuran ərazilərin yaxınlığında tez-tez təlimlər keçirməyə başlayıblar.*