ABŞ və onun NATO üzrə müttəfiqləri Rusiyanın hərbi insidentlərin qarşısının alınması ilə bağlı təkliflərini dəstəkləməyib. Bunu RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib.
"ABŞ və Şimali Atlantika Alyansı ilə ikitərəfli təmaslar zamanı biz dəfələrlə hərbi sahədə insidentlərin qarşısının alınması ilə bağlı məsələlərin müzakirəsinə təşəbbüs göstərmişik, Rusiya-NATO təmas xəttində təhlükəli hərbi fəaliyyətin azaldılması istiqamətində konkret tədbirlər təklif etmişik. Lakin təkliflərimiz dəstəklənməyib", - deyə Rudskoy bu gün Moskvada keçirilən brifinqdə bildirib.
O, həmçinin Qara dəniz regionunda ABŞ və NATO-nun üzvü olan digər ölkələrin hərbi fəallığının kəskin artdığını vurğulayıb.*