Şimali Osetiya-Alaniya Vəkillər Palatası Şurası ölümlə nəticələnən yol qəzası hadisəsi ilə bağlı gedən məhkəmə prosesində aktyor Mixail Yefremovun maraqlarını təmsil edən Elman Paşayevin vəkillik statusunun ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
"Paşayevin vəkillik statusu ləğv edilib”, - deyə Federal Vəkillər Palatasından “İnterfaks”a məlumat verilib.
İntizam icraatı Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenkonun təşəbbüsü ilə başlanılıb. O, müvafiq qərarın yaranmış vəziyyətə daha adekvat olduğunu bildirib.*