Azərbaycanda koronavirus infeksiyasına daha 148 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39 min 42-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 574 nəfərə çatıb.
Virusa yoluxmuş 36 min 601 nəfər (sutka ərzində +177) müalicə olunaraq sağalıb.
Qərargahdan bildirilir ki, hazırda 1 min 867 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,722 min, hazırkı dövrədək isə 1 milyon 47,906 min test aparılıb.**
N.Abbasova