Rumıniyada kənd evinin zirzəmisində $3,2 milyon dəyərində 200-ə yaxın nadir kitab tapılıb. Bu barədə BBC məlumat verir.
Qalileo Qaliley və İsaak Nyutonun əsərlərinin daxil olduğu bu kitablar 2017-ci ildə Londonda qədim kitabların saxlanıldığı yerdən oğurlanıb. Bundan başqa, tapılan kitablar arasında Dantenin əsərləri, o cümlədən Fransisko Qoyanın eskizlərindən ibarət məcmuə də yer alır.
Bütün bu qiymətli kitablar müvəqqəti olaraq qədim kitabların saxlanıldığı yerdə saxlanılıb. Bu kitablar Las-Veqasda keçiriləcək hərraca göndərilməli idi. **