İran hökuməti Vaşinqtonu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, beləliklə dünya birliyində layiqli yerini qaytarmağa çağırır. Bunu bazar günü İran XİN-in nümayəndəsi Səid Hətibzadə deyib.
“Tehranın Vaşinqtona müraciəti kifayət qədər aydındır: beynəlxalq birliyə qayıdın, öhədlikləri yerinə yetirin, qanunsuzluğa son qoyun, o zaman dünya birliyini sizi qəbul edəcək”, - “Tasnim” agentliyi onun sözlərindən sitat gətirir.
Hətibzadə BMT-nin İrana qarşı sanksiyalarının bərpası ilə bağlı ABŞ-ın bəyanatını belə şərh edib. İranın XİN nümayəmdəsi vurğulayıb ki, bu məsələ ilə əlaqədar ABŞ dünyada “total izolyasiyadadır”. **