Azərbaycanda koronavirus infeksiyasına daha 146 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39 min 188-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 575 nəfərə çatıb.
Virusa yoluxmuş 36 min 755 nəfər (sutka ərzində +154) müalicə olunaraq sağalıb.
Qərargahdan bildirilir ki, hazırda 1 min 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,886 min, hazırkı dövrədək isə 1 milyon 55,792 min test aparılıb.**
N.Abbasova