Rusiya Belarus, Qazaxıstan, Qırğızıstan və Cənubi Koreya ilə hava əlaqəsini bərpa edir. RF hökuməti müvafiq sərəncamı təsdiq edib. Bu barədə bazar günü RF Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verir.
“Uçuşlar həftədə bir dəfə ardıcıllıqla yerinə yetiriləcək. Qazaxıstan (Nursultan şəhəri), Qırğızıstan (Bişkək) və Belarus (Minsk) ilə hava əlaqəsi sentyabrın 21-dən, Cənubi Koreya (Seul) ilə sentaybrın 27-dən bərpa olunacaq”, - məlumatda qeyd olunur. **