Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin iki ölkənin sərədində törətdiyi təxribat nəticəsində azərbaycanlı hərbi qulluqçunun həlak olması barədə məlumat verib.
“Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Məmmədov şəhid olub”, - MN-nin bəyanatında qeyd olunur.
Nazirlik İrəvanı sərhəddə vəziyyətin növbəti dəfə gərginləşməsində ittiham edir.
“Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması halları artıb, təmas xəttinə yaxın yaşayış məntəqələrimiz, mülki əhalibbvə infrastruktur müntəzəm atəşə tutulur”, – MN-dən vurğulanır.
MN-dən bildirilir ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. **
A.Əzizov