Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək, İrəvan və Bakını danışıqları tezliklə bərpa etməyə çağırır. Bu barədə ABŞ-ın Dövlət katibi Mayk Pompeo bəyan edib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etmək öhdəliyimizə sadiqik. Və tərəfləri ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində tezliklə məzmunlu danışıqları bərpa etməyə çağırırıq”, - Ermənistanın Müstəqillik Günü münasibətilə Pompeonun təbrik məktubunda deyilir. **