Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rəsmi Kişineunun təşəbbüsü ilə Moldova XİN başçısı Oleq Tulea ilə telefon danışığı keçirib. Bu barədə XİN-dən məlumat verilir.
“Danışıq zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə video-görüş formatında keçirilməsinə dair razılıq ifadə edilib”, - məlumatda qeyd olunur.
Həmçinin, diplomatlar Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğulayıblar. **
X.Nəsirzadə