Sentyabrın 26-dan etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını həftədə 21 reysədək artırır. Bu barədə AZAL-dan məlumat verilir.
Şirkət xatırladır ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçirilir.
Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə: https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919, WhatsApp: +99455 204 65 54.
Müraciət etdikdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər. **
N.Abbasova