Azərbaycanda koronavirus infeksiyasına daha 92 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39 min 280-nə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 576 nəfərə çatıb.
Virusa yoluxmuş 36 min 836 nəfər (sutka ərzində +81) müalicə olunaraq sağalıb.
Qərargahdan bildirilir ki, hazırda 1 min 868 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,011 min, hazırkı dövrədək isə 1 milyon 57 min 803 test aparılıb.**
X.Nəsirzadə