ABŞ prezidenti Donald Tramp rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı baş vermiş insidentə görə kimin məsuliyyət daşıması barədə mətbuata fikir bildirməyib.
"Biz bu barədə başqa vaxt danışarıq", - deyə o, amerikalı jurnalistlərdən birinin "Navalnını kim zəhərləyib" sualına cavabında bildirib.
Daha əvvəl Tramp Berlinin Navalnının zəhərlənməsi ilə bağlı versiyası öz təsdiqini taparsa, narazı qalacağını söyləmişdi.*