“Azərsu” ASC yeni inzibati binasının son tamamlama işləri üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Açıq tenderdə iştirak haqqı 500 manatdır.
Qalib şirkətin vəzifələrinə tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama işlərinin yerinə yetirilməsi daxildir.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tender təklifləri 3 noyabr saat 16:00-dək qəbul olunur. Tender proseduru 4 noyabr saat 16:00-da baş tutacaq.
Telefon: (+99412) 431-47-67/68 (daxili 1033). Əlaqələndirici şəxs: Cəmil Novruzov.*
N.Abbasova