Azərbaycanda koronavirus infeksiyasına daha 98 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39,378 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 578 nəfərə çatıb.
Virusa yoluxmuş 36,949 min nəfər (sutka ərzində +113) müalicə olunaraq sağalıb.
“1,851 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,672 min, hazırkı dövrədək isə 1 milyon 64,475 min test aparılıb.*
X.Nəsirzadə