Birinci vitse-prezident Mehriban Əliyeva bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, məktəbdə 17 ixtisas üzrə 493 şagird təhsil alır.
Bundan başqa, Mehriban Əliyeva Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Bağça 100 yerlikdir.*
X.Nəsirzadə