Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan şirkətlərini böyük özəlləşdirmədə iştiraka dəvət edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Bu təklif sentyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyevlə baş tutan telefon danışığı zamanı səslənib. Bu barədə Ukrayna prezidentinin saytı məlumat verir.
Ukrayna prezdenti ikitərəfli siyasi dialoqun dinamikasını qeyd edib və Azərbaycan şirkətlərini böyük özəlləşdirmədə iştiraka dəvət edib.
Həmçinin prezidentlər Azərbaycandan iri biznes və investorların fəal iştirakı ilə Ukraynada reallaşdırılan bir sıra miqyaslı infrastruktur və investisiya layihələrinin icrasının gedişini müzakirə ediblər.
“Azərbaycan tərəfdaşlarının bizdə mühüm layihələrin reallaşdırılmasında fəal iştirak etməsi xoşdur. M-01Kiyev-Çerniqov- Novie Yariloviçi trasının 38-ci kilometrinin əsaslı təmiri bunun bariz nümunəsidir. Biz həmçinin “Çonqar” servis habının tikintisinin başa çatdırılmasına doğru irəliləyirik”, - Zelenski bildirib.
Telefon danışığı Ukrayna prezidentinin təşəbbüsü ilə baş tutub. **
B.Rüstəmbəyov