Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın 11 balıq emalı müəssisəsinə ölkəyə ixraca icazə verib. Bu barədə Rosselxoznadzorun məlumatında deyilir.
“AQTA Rusiyanın daha 11 balıq emalı müəssisəsinə (gəmilərə) Rosselxoznadzorun zəmanəti ilə ixraca icazə verib. Həmçinin, Azərbaycanın səlahiyyətli orqanı tələblərin uyğunluğuna dair Rusiyanın ixracatçı müəssisələrində inspeksiyanın keçirilməsi hüququnu özündə saxlayır”, - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Beləliklə, hazırda Rusiyanın 138 müəssisəsi Azərbaycan balıq məhsullarının ixracına dair hüquqa malikdir. **
B.Rüstəmbəyov