2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 30,6% - 123,7 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $29 milyon 546,9 min məbləğində (azalma 29%) qiymətləndirilir.
Yanvar-iyul aylarında Azərbaycana $71 milyon 522,6 min dəyərində (artım 1,6 dəfə) 361,7 min ədəd (artım 22,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 9% - 91,234 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $17 milyon 360,6 min (azalma 15,5%) təşkil edir.**
B.Rüstəmbəyov