Cərşənbə günü Moskvada keçirilən görüş zamanı RF XİN başçısı Sergey Lavrov və Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyəti və nizamlanma perspektivlərini müzakirə ediblər.
“Görüş zamanı siyasi, iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan münasibətlərinin aktual məsələləri, beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələrin mövzusu, həmçinin parlament xətti ilə əlaqələr müzakirə olunub. Dağlıq Qarabağ münaqişəsinin vəziyyəti və perspektivləri də daxil olmaqla, regional təhlükəsizlik problemi tərəflərin diqqət mərkəzində olub”, - RF XİN-dən məlumat verilir.
Həmçinin, XİN-dən vurğulanır ki, görüş ənənəvi dostluq mühitində keçirilib və “Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişafını möhkəmləndirməyə imkan verib”.
Öz növbəsində, Azərbaycan parlamentinin mətbuat xidməti məlumat verib ki, görüş zamanı RF XİN başçısı bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiqdir.
A.Əzizov