Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Balaxanı qəsəbəsinin inkişafı turizm nöqteyi-nəzərindən bir sıra yeni perspektivlər yaradacaq.
“Əlbəttə ki, qəsəbənin gələcək inkişafı ilə bağlı fikirlər var. Bakı sakinləri və digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”, - Əliyev çərşənbə günü Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən deyib.
Prezident vurğulayıb ki, həyata keçirilən işlər qəsəbənin inkişafının birinci mərhələsidir. Bunlar tədricən reallaşdırılacaq”, - dövlət başçısı qeyd edib.
Əliyev əlavə edib ki, qəsəbənin inkişafında məqsədlərdən biri tarixi abidələrin bərpası və aşkarlanması idi. **
X.Nəsirzadə