“BakuBus” MMC xüsusi geyimlərin satınalınmasına 0,5 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.azsaytının məlumatına görə, “BakuBus” "Sear Supply” MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 505 min 686,05 manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.**
N.Abbasova