Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Moskvaya səfər çərçivəsində çərşənbə günü Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüş keçirib. Bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat verir.
“Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. Dövlətlərimizin liderləri daim dialoqdadırlar, parlamentlərin vəzifəsi onların qərarlarını qanunvericiliklə təmin etməkdir. Pöarlamentlər arasında münasibətlərin inkişafı bizim üçün çox vacibdir. Ünsiyyət qurarkən biz bir-birimizi daha yaxşı anlayırıq, qərarların qəbulunda iştirak edirik, müxtəlif formatlarda işləyirik”, - Volodin vurğulayıb.
Qafarova rusiyalı həmkarını Bakıya səfərə dəvət edib: “Biz Sizi görməyə çox şad olarıq. Bizim tərəfləri, ölkələrimizi, respublikalarımızı maraqlandıran böyük blok məsələlər var. Gələcəkdə əməkdaşlığa ümid edirəm”.
“Həmkarlarımla birlikdə mütləq səfər edərik. Xüsusən, yüksək səviyyəli parlamentlərarası komissiyanıln yaradılmasına dhaqqında sazişin tərtib olunması son mərhələdədir. Biz yalnız xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyək, həm də parlamentlər çərçivəsində əsas problemlərin həllində parlamentarilərimizi birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola bilək. Münasibətlərin bu cür inkişaf forması onların möhkəmləndirilməsinə bizim töhfəmizdir”, - Volodin vurğulayıb.
Görüş zamanı tərəflər ikitərəfli parlamentlərarası əməkdaşlığın dərinləşməsi, beynəlxalq parlamentlərarası meydançalarda əlaqələr, milli qanunvericiliklərin yaxınlaşdırılması məsələlərini müzkirə ediblər.
Görüşün yekunları üzrə kommyunike qəbul olunub.
“Tərəflər beynəlxalq parlamentlərarası meydançalar və çoxtərəfli parlament formatları çərçivəsində əlaqələrin aktivləşdirilməsi, o cümləıən, müasir çağırış və təhdidlərə qarşıdurmaq üzrə milli qanunvericiliklərin təkmilləşdirilməsinə dair razılığa gəliblər. Bu mənada yeni koronavirus infksiyası pandemiyası ilə parlamentarilərin birgə mübarizə işinin vacibliyinə, onun nəticələrinin iqtisadiyyat və hər iki dövlətin vətəndaşları üçün minimallaşdırılmasına diqqət yönəldilib”, - kommyunikenin mətnində deyilir.
Görüşdə birgə işin forma və üsulları, həmçinin hər iki dövlətin vətəndaşlarının maraqlı naminə konkret məsələlərin həlli üzrə parlamentlərarası əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə profil komitə və komissiyaların xətti üzrə birgə fəaliyyət məsələləri müzakirə olunub.
“Rusiya Federasiyası Federal Məclisi Dövlət Duması və Azərbaycan Respublikası Milli Məclisi arasında əməkdalıq haqqında sazişin imzalanmasına dair razılıq təsdiq olunub. Həmin saziş yüksək səviyyəli daim qüvvədə olan komissiyanın təsis edilməsini nəzərdə tutur. Tərəflər Dövlət Dumasıın sədrinin Azərbaycana səfəri zamanı qeyd olunan sənədin imzalanmasını şərtləşiblər”, - kommyunikedə vurğulanır. **
X.Nəsirzadə