Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) “Şahdağ” tipli 4 sərhəd gözətçi gəmisinin cari təmiri işlərinin görülməsi məqsədilə podratçı seçimi üzrə tender elan edib.
Tender elanına əsasən, tenderdə iştirak haqqı 2,5 min manatdır.
Bundan başqa, DSX 2 ədəd “Şahdağ” tipli sərhəd gözətçi gəmisinə və 2 ədəd “Tufan” tipli sərhəd gözətçi gəmisinə servis xidmətinin podratçılarını, eləcə də sərhəd gözətçi gəmilərinin ehtiyat hissələrinin podratçısını seçir. İştirak haqqı müvafiq olaraq 300, 500 və 2,5 min manatdır.
Tender təklifləri 22 oktyabr saat 14:00-dək qəbul olunur. Tender proseduru 23 oktyabr saat 14:00-da baş tutacaq.
Telefon: (+99412) 498-01-36; E-mail:dsx.tender@gmail.com.*
X.Nəsirzadə