“BakuBus” MMC cəmiyyətin balansında olan “Iveco” markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrinin satın alınmasına təxminən 2,9 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “BakuBus” «Az-Tex-Import» MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2 milyon 888 min 493,69 manatdır.
“BakuBus” MMC 2014-cü ilin aprel ayında Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımanın yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub. “BakuBus” MMC özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.*
N.Abbasova