Azərbaycanda koronavirus infeksiyasına daha 162 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39,686 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib, ölənlərin ümumi sayı 581 nəfərə çatıb.
Virusa yoluxmuş 37,255 min nəfər (sutka ərzində +133) müalicə olunaraq sağalıb.
“1 min 850 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,618 min, hazırkı dövrədək isə 1 milyon 80,873 min test aparılıb.*
B.Rüstəmbəyov