“Turkish Airlines” aviaşirkəti 2 oktyabr 2020-ci ildən etibarən Ankara-Bakı və Bakı-Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayacaq. Bu barədə şirkətdən məlumat verilib.
“Reyslər həftədə iki dəfə - çərşənbə və cümə günləri “AnadoluJet” aviaşirkəti (THY-nin bölməsi - İF) tərəfindən həyata keçiriləcək”, - məlumatda qeyd olunur.
Ankara-Bakı reysi yerli vaxtla 14:40-18:05-də, Bakı-Ankara reysi - 19:00-20:35-də həyata keçiriləcək.
Sərnişinlər qeyd olunan reyslərə biletləri “www.anadolujet.com” saytında və ya səlahiyyətli agentliklərə müraciət etməklə əldə edə bilərlər. **
N.Abbasova