Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının hazırlanması məqsədilə şirkət seçir.
İştirak haqqı - 700 manatdır.
Tender təklifləri 26 oktyabr tarixinədək qəbul olunur. Tender proseduru 27 oktyabr tarixində keçiriləcək.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov