Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 28-də depozit hərracı keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank sentyabrın 28-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 milyon manat cəlb etməyi nəzərdə tutur”, - bankdan bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,01%-6,49% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
B.Rüstəmbəyov