Azərbaycan hökuməti Kubada səfirlik açacaq.
“Azərbaycan Respublikasının Kuba Respubikasında səfirliyinin təsis edilməsi haqqında qanun layihəsi təsdiq olunmaq üçün parlamentin gündəliyinə daxil edilib. Bu qanun layihəsinə sentyabrın 30-da keçiriləcək plenar iclasda baxılacaq”, - “İnterfaks-Azərbaycan”a Milli Məclisdən məlumat verilib.
Azərbaycanın səfirliyi Havana şəhərində fəaliyyət göstərəcək. **