Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəflərini ilkin şərtsiz və predmetli danışıqlara qayıtmağa çağırıb.
Klaar cümə günü Bakıya səfərə gəlib.
“Bakıda iki gün görüşlər keçiriləcək. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitlikdə dərindən maraqlıdr. Gərginliyin azalması və Dağlıq Qarabağ nizamlaması üzrə ATƏT-in Minsk qrupunun himayəsi altında şərtsiz və məzmunlu danışıqlar prosesinə qayıtmaq vacibdir”, - Klaar Twitter-də yazıb.
Hazırda Dağlıq Qarabğ münaqişəsinin nizamlanması danışıqlar tərəfləri Azərbaycan və Ermənistandır. **