Azərbaycanda koronavirus infeksiyasına daha 101 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 39,787 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 583 nəfərə çatıb.
Virusa yoluxmuş 37,392 min nəfər (sutka ərzində +137) müalicə olunaraq sağalıb.
“1 min 812 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,705 min, hazırkı dövrədək isə 1 milyon 87,578 min test aparılıb.**
B.Rüstəmbəyov