"AzerGold" QSC Çovdar Filiz Emalı Sahəsində 2020-ci il üçün nəzərdə tutulmuş cari təmir və abadlıq işləri üçün 810 min manatdan artıq vəsait yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilir.
www.tender.gov.az saytının məlumatına görə, "AzerGold" podratçı qismində “Perlit” MMC-ni cəlb edib. Şirkətlə 810 min 285,56 manat məbləğində müqavilə imzalanıb.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Həmçinin, prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncama əsasən, ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təminetmək “AzerGold” QSC-yə tapşırılıb. **
N.Abbasova